Xidmətlərimiz

Sığorta Xidməti

Yük sığortası daşınma zamanı yarana biləcək riskləri əvvəlcədən qiymətləndirərək müştərinin yükünü daha etibarlı qorumağa kömək edir.

Daşıma risklərinin idarə edilməsi

Beynəlxalq daşımada daşıyıcı və ekspeditor məsuliyyəti həmişə yükə dəyən real zərəri tam əhatə etmir. Buna görə Baku Express yükün növü, dəyəri, marşrutu və daşınma şərtlərinə görə uyğun sığorta proqramının seçilməsinə dəstək verir.

  • Yük növünə görə risk qiymətləndirilməsi
  • Marşrut və nəqliyyat növünə uyğun sığorta
  • Müvəqqəti saxlama və aktarma mərhələlərinin nəzərə alınması
  • Sığorta sənədlərinin hazırlanması

Daşınma boyunca qoruma

Sığorta yükün qəbulundan son təhvil nöqtəsinə qədər olan mərhələləri əhatə edə bilər. Yük təhvilində sənədlər və vəziyyət müştəri ilə birlikdə yoxlanılır.

  • Qapıdan-qapıya sığorta dəstəyi
  • Aktarma və müvəqqəti saxlama mərhələləri
  • Bütün risklər üzrə uyğun proqram seçimi
  • Zərər halında sənəd dəstəyi