Daşınmalar

Avtomobil Nəqliyyatı

Quru yolu ilə daşınma çevik planlama, qapıdan-qapıya çatdırılma və müxtəlif yük növləri üçün uyğun marşrut seçimi tələb edir.

Beynəlxalq və ölkədaxili quru yolu daşınmaları

Baku Express avtomobil nəqliyyatı ilə standart, qeyri-standart, təhlükəli və qiymətli yüklərin daşınmasını təşkil edir. Yükün həcmi və təciliyyətinə görə uyğun nəqliyyat vasitəsi, marşrut və tərəfdaş daşıyıcı resursları seçilir.

Böyük həcmli layihələrdə ekspeditor yanaşması tətbiq olunur: yükün toplanması, aralıq anbar, sənəd nəzarəti və son ünvana çatdırılma bir plan daxilində idarə edilir.

  • Azərbaycan daxili və beynəlxalq quru yolu daşımaları
  • Standart, qeyri-standart və təhlükəli yüklər
  • Qapıdan-qapıya çatdırılma
  • Avropa, Türkiyə, MDB və regional istiqamətlər

Marşrut və nəzarət

Yük qəbul edilərkən ölçü, çəki, qablaşdırma və sənəd tələbləri yoxlanılır. Bundan sonra optimal marşrut, keçid məntəqələri və təhvil müddəti razılaşdırılır.

  • Marşrut planlaması
  • Yükləmə və boşaltma koordinasiyası
  • Daşıma sənədlərinin hazırlanması
  • Status üzrə operativ məlumatlandırma